lavrovv

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri Xankəndidəki saxta separatçı rejimdə təşvişi artırıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Qəzet separatçıların Lavrovun səfərindən sonra Laçın yolu ilə bağlı vəziyyətin normallaşacağını düşündüyünü bildirib:

“Bu gözləntilər “Rusiya regionda özünün lider olduğunu göstərmək üçün hər şeyi edəcək” şayiələrinə əsaslanır. Yəni Lavrov bir səfəri ilə hər şeyi həll etməlidir. Lakin Qarabağda belə perspektivdən narahatdırlar, çünki əmindirlər ki, bunun qarşılığında Azərbaycanın bütün tələblərini icra etmək məcburiyyətində qalacaqlar”.

Qeyd edək ki, dünən Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana iki günlük səfəri başlayıb.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: