Qarabağda “Anakonda üsulu” taktikası – Erməni politoloqdan sensasion şərh

Azərbaycan Qarabağ məsələsində yavaş-yavaş istədiklərinə nail olur.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni politoloq Qriqor Balasanyan danışıb.

O bildirib ki, İrəvan rəsmi Bakının Qarabağ siyasətinə mane ola bilmir.

“Azərbaycan Qarabağ məsələsində “anakonda üsulu”nu tətbiq edir: qurbanını təslim olana qədər sıxır. Əliyev artıq planlaşdırılanın 70%-ni alıb, 30%-i qalıb. Belə davam etsə, 30%-ni də alacaq”.

Q.Balasanyanın qeyd edib ki, Ermənistan hakimiyyəti özünə olan risklərdən qurtulmaq üçün hər şeyi qurban verməyə hazırdır.

Tamerlan Yayaqan
Globalinfo.az