Qarabağa görə yeni plan – Rüsvayçılıq yaşana bilər…

Daşnaksütyun Partiyası mayın 25-də İrəvanda Paşinyana qarşı mitinq keçirməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, mitinq keçirilməsi fikri olsa da, hələlik bununla bağlı partiya daxilində yekun qərar verilməyib. Qəzet buna əsas səbəb kimi partiyadakı bölünməni göstərib. Belə ki, partiyadakıların bir qismi mitinq keçirməklə hökumətə Qarabağın verilişinə ermənilərin razı olmaması mesajının ötürülməsinin vacib olduğunu düşündüyü halda, digər qismin buna qarşı çıxdığı vurğulanıb. Bu kəsimi daha çox, mitinqə rüsvayçı dərəcədə az adamın toplanacağı, Paşinyanın isə bundan onların tənqidi üçün istifadə edəcəyinin qorxutduğu bildirilib.

Maraqlı məqam isə mitinqin məhz Moskvada Azərbaycan və Ermənistan liderlərinin görüşü günü baş tutmasıdır. Qəzet bu görüşdə tərəflərin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı böyük irəliləyişə nail olunacağını iddia edib.

İlkin Həsənov
Globalinfo.az