Qarabağ üçün “Saakaşvili variantı” – Ermənilərdən inanılmaz hiylə


Ermənilər səs-küy salmaqla Avropanın diqqətini cəlb etməyə çalışsalar da, bu istəklərinə nail ola bilmirlər və inanılmaz yollara əl atırlar.

Globalinfo.az xəbər verir ki, daha bir qəribə addımı erməni politoloq Stepan Danielyan atıb.

O bildirib ki, avropalı deputatları M.Saakaşvilinin taleyi narahat edir, onu müalicə üçün Avropaya çağırırlar, ancaq Qarabağdakıların taleyi heç kimi maraqlandırmır.

“Avropada hazırda qərar qəbul edən deqradasiya və ikiüzlülük barədə bilməliyik. Yeri gəlmişkən, bu cür deqradasiya olunmuş insanlar Ermənistanda da hüquq müdafiəçiləri arasında çoxdur. Qoy avropalı ikiüzlülər məni bağışlasınlar ki, erməni marionetkalarla onları müqayisə edirəm. Onlar, heç olmasa, hələlik öz ölkələrini satmırlar”, – S.Danielyan bildirib.

Tamerlan Yayaqan

Globalinfo.az