IMG 20221130 WA0056

Noyabrın 30-da bir qrup Qarabağ qazisi və tanınmış ictimai birlik rəhbərləri Globalinfo.az redaksiyasını ziyarət edib. Onlar saytın təsisçisi və Baş redaktoru Azər Ayxan ilə görüşüblər.

Görüşdə Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Tərxis olmuş Hərbçiləri Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, 20 Yanvar İctimai Birliyinin sədri Sultan Əzimzadə, Vətən müharibəsi İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və Birliyin üzvləri, həmçinin hazırda İsveçdə yaşayan Birinci Qarabağ Müharibəsi qazisi, şəhid Sənan Rüstəmlinin qardaşı, diaspor fəalı Kənan Əkbəroğlu iştirak ediblər.

Globalinfo.az saytının Baş redaktoru A.Ayxan ziyarətə görə qonaqlara təşəkkür edib.

Qonaqlar Globalinfo.az saytını yeni fəaliyyətə başlaması münasibətilə təbrik edib, kollektivə uğurlar arzulayıblar.

Hər zaman dəyərli, obyektiv, dövlətçilik mövqeyindən xalqın fikirlərini səsləndirən mətbuat orqanlarına böyük ehtiyac olduğu vurğulanıb. Bildirilib ki, Globalinfo.az saytı yeni yaranmasına baxmayaraq, artıq cəmiyyətdə sözünü deyib.

IMG 20221130 WA0068

Qonaqlar fəaliyyətə yeni başlayan sayta dəstəklərini ifadə edib və əməkdaşlığın davamlı olacağı qeyd edilib.

A.Ayxan I Qarabağ müharibəsi qəhrəmanlarının müharibədəki roluna toxunaraq bildirib ki, onlar olmasa idi, Azərbaycan daha böyük ərazi itkiləri ilə üzləşəcəkdi. Həmçinin deyib ki, onlar II Qarabağ savaşında qələbənin təməl müəllifləridir.

Qarabağ qaziləri bildirib ki, şəhidlərlə bağlı silsilə tədbirlər keçirilir. Qeyd olunub ki, tədbirlərdən öncə məktəblərdə və universitetlərdə 44 günlük müharibədən fraqmentlər, döyüş səhnələrinin yer aldığı film nümayiş etdirilib. “Əsgərnamə” adlı klip də bu filmə daxil edilib. Şagirdlər klipi böyük ruh yüksəkliyi ilə qarşılayıb.

Görüşdə, həmçinin mətbuatın cəmiyyətdəki rolunun əhəmiyyətindən danışılıb.

Emin Həsənli deyib ki, mətbuat hər zaman ordu, silahlı qüvvələr mövzusunda həssaslıq nümayiş etdirib, müharibə veteranları, şəhid ailələri və qazilərin problemlərinin həlli istiqamətində xidmətini əsirgəməyib.
O, qeyd edib ki, informasiya müharibəsi poliqon müharibəsində qələbənin əsasını təşkil edir.

A.Ayxan da öz növbəsində Cənab Prezidentin təkcə ordunun deyil, həm də Azərbaycanda informasiya cəbhəsinin Ali Baş Komandanı olduğunu deyib. Bildirib ki, bunlar paralel təşkil etməyəndə ölkə və ordu uduzur.

Daha sonra qonaqlar birgə foto çəkdiriblər.

IMG 20221130 WA0058 IMG 20221130 WA0057

Gülnar Səlimova,

Globalinfo.az

Paylaş: