“Qalatasaray” – “Qarabağ” görüşü başa çatdı – YENİLƏNİB

“Qalatasaray”  – “Qarabağ”  oyunu İstanbul təmsilçisinin 2:1 qələbəsilə yekunlaşıb. 

Globalinfo.az xəbər verir ki, görüşün 4-cü dəqiqəsində Bafetimbi Qomis fərqlənib. 18-ci dəqiqədə “köhlən atlar”ın heyətində Redon Cica bərabərlik qolunu vurub. Son nöqtəni isə 87-ci dəqiqədə qonaqların hücumçusu Mauro İkardi qoyub. Argentinalı forvard penaltini dəqiq yerinə yetirib.

Oyunu Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.

***21:46

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyunda İstanbul təmsilçisi önə keçib. 

Globalinfo.az xəbər verir ki, oyunun 87-cı dəqiqəsində klubun hücumçusu Mauro İkardi hesabı dəyişib.

***21:05

“Qarabağ” – “Qalatasaray” oyununda ikinci hissə başlayıb. 

Globalinfo.az xəbər  verir ki, ilk hissə 1-1 hesabı ilə yekunlaşmışdı.

***20:47

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda ilk hissə bərabərliklə yekunlaşıb.

Globalinfo.az xəbər verir ki, birinci hissədə 4-cü dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis hesabı açıb, 18-ci dəqiqədə isə Ağdam təmsilçisinin hücumçusu Redon Cica hesabı bərabərləşdirib.

***20:20

“Qarabağ” – “Qalatasaray” oyununda hesab 1-1 – dir.

Globalinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin oyunçusu Redon Cica 18-ci dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirib.

***20:02

“Qarabağ” – “Qalatasaray” oyununda hesab açılıb.

Globalinfo.az xəbər verir ki, oyunun 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib.

***

Bakıda “Qarabağ” və Türkiyə “Qalatasaray”ı arasında oyun start götürüb. 

Qeyd edək ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxır:

“Qarabağ”: 89. Amin Ramazanov, 5 Maksim Medvedev, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 96. Donald Gerye, 6. Julio Romao, 2. Qara Qarayev, 15. Leandro Andrade, 87. Adama Diakabi, 10. Abdullah Zubir, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

“Qalatasaray”: 34. Okan Koçuk, 2. Leo Dyubua, 4. Matias Yensen, 13. Emre Taşdemir, 23. Kaan Ayhan, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Demir
Baş məşqçi: Okan Buruk