WhatsApp Image 2025 03 28 at 15.05.40

“2023-cü ildə “artsax”da (Qarabağ – red.) qışda hərbi xidmətə çağırış 63 faiz təşkil edirdi. Ermənistanda bu göstərici 50 faizdən aşağıdır”.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş qondarma rejimdə müxtəlif vəzifələrdə çalışmış Ayk Xanumyan yazıb.

O bildirib ki, hətta baş nazir Nikol Paşinyan da hökumətin iclaslarında bu barədə danışır:

“Müdafiə ordusu (qondarma rejimin terrorçu birləşməsi – red.) məğlub, zəifləmiş və müxtəlif problemlərlə üzləşmiş olsa da, “artsax” xalqı üçün etibarlı, nizam-intizamlı və döyüşə hazır bir struktur idi. Ermənistanda isə hərbi xidmət cəmiyyət üçün ciddi stresdir. Bu stres mühacirətə səbəb olur.

Əgər hakim partiyanın namizədi “Qarabağ o qədər pis yerdir ki, Gümrü camaatı orda xidmət etməmək üçün pul ödəyəcək” deyirsə, eyni məntiqlə Cermuk, Zəngəzur, Qafan, yaxud Zod pis yerlərdir. Təəssüf ki, bu, təkcə bir axmaq namizədin fikri deyil, hakimiyyətdə olanlar arasında belələri üstünlük təşkil edir.

Hökumətin ordu qurmaq üçün siyasi iradəsi və bacarığı çatmır. Bizim normal ordu qurmaqdan başqa çarəmiz yoxdur. Əks halda, “pis” yerlərin sayı durmadan artacaq”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: