“Qarabağ” növbəti transferini AÇIQLADI

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Globalinfo.az-a istinadən verilən məlumata görə, Ağdam təmsilçisi Fransanın “Dijon” komandasından Yassin Benzianı transfer edib.

“Köhlən atlar” 29 yaşlı yarımmüdafiəçinin keçidini sosial şəbəkə hesabında paylaşdığı video ilə açıqlayıb.

Əlcəzair millisinin sabiq üzvü ilə imzalanmış müqavilənin müddəti hələlik bəlli deyil.

Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Yassin Benzia karyerası ərzində “Lion”, “Lill”, Türkiyənin “Fənərbağça”, Yunanıstanın “Olimpiakos” komandalarında da çıxış edib. O, 2016 – 2018-ci illərdə formasını geyindiyi Əlcəzair yığmasında 4 oyuna 1 qol vurub.