putin 900x657 1

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərinə ad günü münasibətilə ünvanladıqları təbriklərə görə təşəkkür edərkən zarafat edib.

Globalinfo.az xəbər verir ki, onun çıxışından fraqment “Vı sluşali” Telegram kanalında yayımlanıb.

“Yeni il münasibətilə səmimi və dostyana təbriklərinizə görə təşəkkür etmək istəyirəm. Bağışlayın, mənim yeni ilim, yəni ad günüm münasibətilə”, – deyə Putin zarafatla bildirib.

Rusiya lideri, həmçinin MDB ölkələrinin rəhbərlərini dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək Birliyin qeyri-rəsmi sammitinə dəvət edib. O, Yeni il ərəfəsində belə görüşlərin keçirilməsinin artıq ənənəyə çevrildiyini vurğulayıb.

Putin ölkə liderlərinin bir-birini ad günləri münasibətilə təbrik etməsi ənənəsinə də toxunaraq, bunun gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: