Türkiyənin 2-ci liqasında çıxış edən “Adana Dəmirspor” klubu Türkiyə milli komandasının baş məşqçisi Vinçenzo Montellanın keçmiş dövrdən qalan 330 min avro məbləğindəki alacağından imtina etdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Açıqlamada bildirilib ki, 5 sentyabr 2026-cı ildə əldə olunan şifahi razılaşmaya əsasən, italyan mütəxəssis keçmiş dövrlərdən qalan 330 min avroluq alacağından klubun xeyrinə imtina edib.
Bu jestinə və fədakarlığına görə “Adana Dəmirspor” futbol klubu Montellaya təşəkkür edib.
Qeyd edək ki, Montella 2021-2023-cü illərdə “Adana Dəmirspor”un əsas komandasına rəhbərlik edib.