“Qarabağ” tarix yazdı – İLK YAŞANDI

 

“Qarabağ” tarixində ilk dəfə Avropa Liqasının qrupdan pley-offa yüksəlib.

“Hakken”i 2-1 məğlub edən komandamız 10 xalla qrupu ikinci yerdə bitirib və növbəti mərhələdə iştirak haqqı qazanıb.

***

“Qarabağ”ın heyətində Veşoviç qırmızı vərəqə alaraq meydanı tərk edib.

***

Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ” – “Hakken” (İsveç) oyununda ilk hissə başa çatıb.

Globalinfo.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

“Köhlən atlar”ın heyətində 1-ci dəqiqədə Leandro Andrade fərqlənib.

45+3-cü dəqiqədə Yassin Benzia rəqibi ikinci dəfə məyus edib.

21:59

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu matçına çıxacaq.

Globalinfo.az xəbər verir ki, Azərbaycan çempionu doğma meydanda İsveçin “Hekken” komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Azərbaycan təmsilçisinin tarixinə düşə bilər. İlk dəfə ölkəmizin təmsilçisi Avropa Liqasında 1/16 final mərhələsinə vəsiqə qazanar.

“Qarabağ” səfərdə 1:0 hesabıyla məğlub etdiyi bu rəqibə doğma meydanda da qalib gəlməlidir. Əks halda təmsilçimiz Avroliqanı tərk edib, mübarizəni Konfrans Liqasında davam etdirə bilər.

Bu gün qrupun digər oyununda Norveç “Molde”si əvvəlki bütün oyunlarından qalib ayrılmış lider “Bayer”lə (Almaniya) üz-üzə gələcək. “Qarabağ” məğlub olacağı halda, “Molde”nin də Almaniyada xal itirməsini arzulayacaq.

Avropa Liqası
H qrupu, 6-cı tur
14 dekabr

21:45. “Qarabağ” – “Hekken”
Baş hakim: Yucin Caya (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xal: Bayer – 15. Qarabağ – 7. Molde – 7. Hakken – 0.

20:38

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək “Qarabağ” və İsveçin “Hakken” klubunun start heyətləri bəlli olub.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Qarabağ”: 99 Andrey Lunyov, 44 Elvin Cəfərquliyev, 13 Bəhlul Mustafazadə 55. Bədavi Hüsenov, 29 Marko Veşoviç, 6 Julio Romao, 8, Marko Yankoviç, 7 Yassin Benzia, 10Abdullah Zubir, 15 Leandro Andrade, 18 Olavio Juninyo

“Hekken”: 26. Peter Abrahamsson, 21. Tomas Totland, 5. Even Hovland, 4. Ayham Usu, 13. Simon Sandberq, 27. Romeo Amane, 11. Samuel Qustafson, 18. Mikkel Riqaard, 23. Mamadu Sonko, 10. Ali Yussef, 17. Edvard Çilufya

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur.