“Qarabağ” 1,5 milyon dollarlıq transferə HAZIRLAŞIR

“Qarabağ” klubu heyətinə yeni futbolçu qatmağı planlaşdırır.

Globalinfo.az Sportlife.az-a istinadən xəbər verir ki, Qurban Qurbanov komandasını sol ayağı işlək olan sağ cinah yarımmüdafiəçisi ilə gücləndirmək istəyir.

Belə ki, Ağdam təmsilçisi axtardığı oyunçuya görə 1,5 milyon dollar xərcləməyə hazırdır. Bu məbləğ klub tarixində rekord göstəricidir. “Qarabağ”ın ən bahalı transferi 2018-ci ildə 1 milyon dollara “Lans”dan cəlb edilən Abdulla Zubirdir.