eliyev pasinyan 112

“Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində ErmənistanAzərbaycan dövlət başçılarının görüşməsi müsbət hadisədir”.

Bu sözləri Globalinfo.az-a erməni siyasi şərhçi Qarik Keryan deyib.

Keryan bildirib ki, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın hər bir görüşünü ölkələr və xalqlar arasında sülhün möhkəmləndirilməsi yolunda mühüm addım kimi qəbul edilməlidir:

“Təəssüf ki, hələ də bu görüşlər bəzi dairələrdə birmənalı qarşılanmır. Həm pessimist, həm də optimist yanaşmalar var. Əslində, bu, təbiidir. Çünki 30 ildən artıq davam edən qarşıdurma və düşmənçilikdən sonra məsələlərin birdəfəlik həlli qısa zamanda asan deyil.

qarik keryan
Qarik Keryan

Lakin hər şeyə rəğmən, çox yaxşıdır ki, liderlər iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərini müzakirə edirlər.

Ümid edirəm ki, ErmənistanAzərbaycan danışıqlarının sülh gündəliyi bundan sonra da davam edəcək. Yekun sülh müqaviləsinin imzalanmasının qarşısında müəyyən çətinliklərin olduğunu bilirəm. İndiki məqamda bu problemləri sadalamağın doğru olmadığını düşünürəm. Bunun heç bir yaxşı nəticəsi yoxdur.

Hesab edirəm ki, səbirli olmaq, danışıqlara möhkəm bağlı qalmaq və bir daha heç vaxt müharibə yoluna qayıtmamaq lazımdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: