Bakının Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində baş verən bıçaqlanma hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 1-i saat 15 radələrində iki nəfər (bir qadın, bir kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir”.