Ci25WRVJnFDpUgrF7DdB2cJQaBUEaLVPsXk3eeMI 1200

Misli Premyer Liqasında III tura yekun vurulub.

Globalinfo.az xəbər verir ki, günün ikinci oyununda “Sumqayıt” “Qarabağ“ı qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

45-ci dəqiqədə Jali Muaddib penaltini dəqiq yerinə yetirib. 32-ci dəqiqədə qonaqların heyətində Kadi Borges qırmızı vərəqə alaraq meydandan qovulub.

“Qarabağ” 6 xalla üçüncü pillədə qərarlaşıb. Meydan sahibləri sıfır xalla sonuncu – 12-ci sıradadır. Hər iki kollektivin II turdakı matçı təxirə salınıb.

Günün ilk qarşılaşmasında “Sabah” “Araz-Naxçıvan”ı məğlub edib – 1:0.

Turun daha əvvəl keçirilən matçlarında “İmişli” “Şəfa”nı (1:0), “Kəpəz” “Turan Tovuz”u (1:0), “Zirə” “Neftçi”ni (1:0) məğlub edib. “Qəbələ” – “Şamaxı” görüşü isə qolsuz yekunlaşıb.

Paylaş: