1536x864 cmsv2 fa090166 b5ad 5021 b6bc bbdd5f6eed0c 9894465

Yunanıstan İsraillə təxminən 3,5 milyard dollar dəyərində hərbi saziş imzalayıb.

Globalinfo.az xəbər verir ki, müqavilə çərçivəsində Afinanın çoxqatlı hava hücumundan müdafiə sistemləri əldə etməsi nəzərdə tutulur.

Layihənin əsas məqsədi Yunanıstanın mümkün təhlükələrə qarşı müdafiə imkanlarını gücləndirməkdir.

Məlumata görə, saziş avqustun 31-də imzalanıb və Yunanıstanın “Axilles qalxanı” adlı genişmiqyaslı hərbi modernizasiya proqramının tərkib hissəsidir.

Layihənin xüsusilə Türkiyə və İran tərəfindən yarana biləcək potensial təhlükələrə qarşı ölkənin müdafiə qabiliyyətinin artırılmasına xidmət etdiyi bildirilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: