Araqci

“İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ administrasiyasını İranla müharibəyə cəlb edir”. 

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Onun iddiasına görə, Netanyahu İsrailin maraqları naminə ABŞ-ın İranla müharibəyə qoşulmasına nail olub və bunu öz ölkəsində açıq şəkildə etiraf edib:

“Netanyahu ivrit dilində açıq şəkildə fəxrlə deyir ki, ABŞ hökumətini aldadaraq İsrailin adından İranla müharibəyə girməsinə nail olub”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: