6a909b62832166a909b628321717878618586a909b62832136a909b6283215

Qanun” nəşriyyatının tərcüməçisi Ziya Muradovun ölüm xəbəri yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu məlumat paylaşıb.

İlkin məlumata görə, Ziya  Muradov Quba ərazisində 17 nəfərlik turist qrupu ilə dağ yürüşündə olarkən həyatını itirib. Hadisə ilə bağlı məlumatın indiyədək ictimaiyyətə açıqlanmadığı bildirilir.

Lent.az-ın əməkdaşı mərhumun ailə üzvləri ilə əlaqə saxlayıb. Ziya  Muradovun bacısı Aytən xanım bildirib ki, hazırda Parisdə yaşayır və qardaşının ölüm xəbərini aldıqdan sonra ailəsinin yaşadığı Qazax şəhərinə gəlib.

Onun sözlərinə görə, ailə Ziya  Muradovun ölümünün bəzi məqamlarının müəmmalı olduğunu düşünür və hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edib.

Mərhumun bacısı Ziya  Muradovun ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi məqsədilə qəbrin ekshumasiya olunmasını istədiklərini də bildirib.

Hadisə ilə bağlı əlavə məlumat əldə etmək üçün araşdırmamız davam edir.

Paylaş: