pasinyan 900x600 1

Ermənistan” fraksiyasının üzvü, keçmiş prezident Robert Köçəryanın oğlu Levon Köçaryan parlament kürsüsündən baş nazir Nikol Paşinyanın 2008-ci il 1 mart hadisələrinə dair səs yazısını yayıb.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, səs yazısında Paşinyan insanları meydanlara çıxmağa və özünümüdafiəyə hazırlaşmağa çağırır.

“Hər birinizi özünümüdafiəni təşkil etməyə çağırıram. Polisin əlindən qalxan və dəyənəkləri aldığınızı eşidəndə necə sevindiyimi təsəvvür edə bilməzsiniz. Mümkün qədər daha çox toplaşın”, – deyə Paşinyan bildirib.

Köçəryan iddia edir ki, 1 mart hadisələri zamanı insanların xəsarət almasının səbəbkarı Paşinyandır.

“Paşinyanın çağırışına qədər heç bir itki olmamışdı. İlk itki polis əməkdaşları arasında oldu. 190-dan çox polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb, mülki şəxslər arasında xəsarət alanların sayı isə 32 nəfər olub”, – o qeyd edib.

Paylaş: