1708680151 pasinyan 1

Baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibə verib.

Globalinfo.az xəbər verir ki, o, müsahibəsində səs-küylü ixtisarlar, üzləşdiyi çətin dilemma, xidməti avtomobillərin sayının azalması və digər mövzuları şərh edib.

“Kadr dəyişikliklərinin bu və ya digər şəkildə müzakirə edilməsi açıq-aşkar olmalıdır. Amma bu müzakirələrin konkret şəxslərə aid olması vacib deyil. İxtisarlar şəxsi və konflikt xarakter daşımır, daha çox sistemlə bağlıdır. Vəzifəsini itirən bütün həmkarlarımız öz sahələrində sistemli dəyişikliklər ediblər. Məsələn, bu gün Daxili İşlər Nazirliyi 2020-ci ildə olduğu kimi deyil. Amma sistemi dəyişmək üçün nöqsanları görmək və məhz bu nöqsanların dərinləşməməsi üçün çalışmaq lazımdır”, – Paşinyan vurğulayıb.

Qeyd edək ki, bu, Nikol Paşinyanın son günlərin səs-küylü ixtisarlarından sonra ilk müsahibəsidir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: