WhatsApp Image 2025 06 11 at 14.58.31

Almaniya millisinin yarımmüdafiəçisi Leroy Sanenin “Qalatasaray”a keçidi gündəmdədir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

İddiaya görə, İstanbul klubu 28 yaşlı futbolçuya illik 12 milyon avro civarında maaş təklif edib. Sane isə “Qalatasaray”ın növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirakını nəzərə alaraq bu keçidə müsbət yanaşır.

Qeyd olunur ki, ulduz futbolçu “Bayern”lə klublararası dünya çempionatında çıxış etdikdən sonra azad agent kimi “Qalatasaray”la müqavilə imzalaya bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: