6a315d90912926a315d909129317816201126a315d90912906a315d9091291

Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında Azərbaycan, TürkiyəGürcüstan xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı – 2026” birgə taktiki-xüsusi təliminin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər iştirakçı dövlətlərdən yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Plana uyğun olaraq, əvvəlcə Azərbaycan, Türkiyə və Gürcüstanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər üç ölkənin Dövlət himnləri səsləndirilərək dövlət bayraqları qaldırılıb.

Açılış mərasimində çıxış edənlər qonaqları salamlayaraq, bu cür təlimlərin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından vacib rol oynadığını vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.

Qeyd olunub ki, regionda təhlükəsizlik və müdafiə sahəsində üç tərəfdaş ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsini hədəfləyən bu təlim, bölmələrin döyüş hazırlığı imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

6a315d907da1e6a315d907da1f17816201126a315d907da1c6a315d907da1d 6a315d90887606a315d908876117816201126a315d908875e6a315d908875f

Paylaş: