Qəribə olay: ötən ay ölmüş şəxslər ABŞ seçkilərində qalib gəldilər

Noyabrın 8-də ABŞ Konqresinə keçirilən seçkilərdə qalib gələn iki namizədin ötən ay vəfat etdiyi məlum olub.

Globalinfo.az bildirir ki, bu barədə “Deyli Meyl” informasiya yayıb.

Pensilvaniya ştatından olan demokrat namizəd Entoni Deluka oktyabrın 9-da 85 yaşında vəfat etməsinə baxmayaraq, səslərin 85%-ni toplaya bilib.

Bundan başqa, Tennessi ştatından olan və oktyabrın 25-də vəfat etmiş 93 yaşlı namizəd Barbara Kuperin də seçkilərdə qalib gəldiyi müəyyənləşib.

“Bu onu göstərir ki, əksər insanlar yalnız partiyaya görə səs verirlər. Onlar namizədin kim olduğuna diqqət yetirmir və əhəmiyyət vermirlər”, – nəşrdə qeyd edilib.

Globalinfo.az, Gülnar Səlimova