Putinlə Ərdoğan arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı taxıl dəhlizinin fəaliyyəti, Rusiyadan Türkiyəyə gələcək taxıldan hazırlanan unun ehtiyacı olan Afrika ölkələrinə göndərilməsi müzakirə olunub.

Prezident Ərdoğan Rusiya və Ukrayna arasında daimi sülhün təmin olunması məsələsində ölkəsinin vasitəçilik rolunu üzərinə götürməyə hazır olduğunu bir daha vurğulayıb.

***

18:20

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Rusiya və Türkiyə liderləri ikitərəfli əlaqələri müzakirə ediblər.

Putin və Ərdoğan Suriya-Türkiyə münasibətlərinin normallaşmasını, Ukraynadakı müharibəni və əsir mübadiləsini, o cümlədən yaralı şəxslərin mübadiləsi məsələsinə də toxunublar.

Tərəflər Türkiyədə qaz mərkəzinin yaradılması dair fikir mübadiləsi aparıblar.