Avropalı ekspertdən Ermənistana PİS XƏBƏR

“Ermənistan yaxın 20 ildə Avropa İttifaqına üzv olmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu avropalı ekspert Aleksandr Rar deyib.

“İlk növbədə Avropa İttifaqı iqtisadi, maliyyə, sosial və təhlükəsizlik problemlərini həll etməlidir. Aİ-nin 20 il əvvəl olduğu kimi digər ölkələrə təklif edəcəyi çox az şey var. Bütün bunlar İttifaqın genişlənmə ehtimalını sual altına qoyur. Bundan əlavə, Aİ-yə daxil olmaq üçün kriteriyalara cavab vermək çox çətindir. Üzvlük istəyən ölkə qanunlarını dəyişməli, hüquqi məsələləri həll etməlidir”.

Ekspert NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərini Ukrayna müharibəsi ilə əlaqələndirib.

“Avropa İttifaqının, NATO və Qərbin maraqları Rusiyanı keçmiş sovet respublikalarından təcrid etməyə yönəlib. Aİ özünü güclü təqdim etməyə çalışır və Rusiyanı daha da zəiflətmək üçün alətlərə malik olduğunu göstərir. Ermənistan vəziyyətdən öz xeyrinə necə istifadə edəcəyini başa düşməlidir”, – Aleksandr Rar vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az