Image TG UPB 2 Putins Ambition 0 2

Rusiya Prezidenti Vladimir Putinin yeni silahlar barədə açıqlaması Moskvanın düşmənlərini qorxudan titrədib”.

Globalinfo.az xəbər verir ki, bunu Çin Mərkəzi Televiziyasının ( CCTV ) şərhçisi Vey Donqsun deyib.

“Prezident Putinin yeni silahlardan bəhs etməsi bir çox ehtimalları düşündürür, lakin bir şey dəqiqdir: bu, Rusiyanın düşmənlərini titrətmək üçün kifayətdir.

Rusiya ABŞ-ın əhval-ruhiyyəsinin dəyişməsindən və digər NATO ölkələrinin təzyiqlərindən yorulub. Ona görə də Vladimir Putin Moskvanın öz mövqelərini müdafiə etməyə hazır olduğunu açıq şəkildə bildirib”, – o qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Tacikistanda keçirdiyi mətbuat konfransında  bildirmişdi ki, tezliklə yeni silahı elan edəcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: