İŞİD-çilər həbsxanadan qaçdılar

Suriyanın Haseke vilayətindəki həbsxanadan onlarla İŞİD-çi qaçıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-İxbariyə” telekanalı məlumat yayıb.

“Onlarla İŞİD terrorçusu “Əs-Sanaviyə-Əs-Sinayya” həbsxanasından qaçıb. Həbsxanaya gedən bütün yollar bağlanıb”, – deyə bildirilib.