images 3 1

Rusiya Yaxın Şərqdəki vəziyyətin həllində İrana kömək etmək üçün hər şeyi etməyə hazırdır. 

Globalinfo.az xəbər verir ki,  bu barədə Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla görüşündə bildirib.

Rusiya lideri qeyd edib ki, Moskva mövcud vəziyyətin həllinə kömək etmək üçün əlindən gələni etməyə hazırdır.

Xatırladaq ki, Putin Türkmənistanda iranlı həmkarı ilə görüşüb. Daha əvvəl Rusiya prezidenti İslam Respublikasının münaqişəyə son qoymaq səylərini qeyd edib.

Danışıqlar zamanı o, həmçinin Yaxın Şərqdəki vəziyyəti ən aktual məsələ kimi müəyyən edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: