Putindən “Fəxri Legion” ordeni alına bilər

Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinin “Fəxri Legion” ordeninin “Böyük Xaç” titulundan məhrum edilməsinin mümkünlüyünü istisna etməyib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Le Figaro” nəşri yazıb.

Qeyd olunub ki, Makron bunu Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilmiş zirvə görüşündən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

O həmçinin vurğulayıb ki, Vladimir Putinin 2006-cı ildə sabiq Prezident Jak Şirak tərəfindən təltif edildiyi fəxri addan məhrum edilməsi simvolik, lakin vacib məsələdir.