Putin Kursk vilayətinin azad olunmasını köməkçisi general-polkovnik Aleksey Dyuminə tapşırıb.
Globalinfo.az xəbər verir ki, Putin onu Kurskdakı antiterror əməliyyatlarının koordinatoru təyin edib.
Rusiya mətbuatı Dyuminin artıq Kurska getdiyini yazıb.
Qeyd edək ki, Ukraynanın Kurska girməsindən sonra Rusiya mətbuatında baş qərargah rəisi Valeri Gerasimova qarşı təqiblər artıb. O, Kurskun müdafiəsini təşkil edə bilməməkdə ittiham edilir.
Xatırladaq ki, Rusiya elitası Putinin prezident postu üçün varis kimi Dyumini seçdiyini iddia edirdi.
Əliyar Xəlil
Globalinfo.az