“Putin üçün kritik dönəm: 2 ay sonra bunlar baş verəcək”

Bir neçə ay sonra Rusiyada elitanın parçalanması müşahidə ediləcək.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti üçün artıq çox qəliz situasiya yaranıb:

“Orada yeni fiqurlar ortaya çıxıb və siyasi məkanda uzun illər dominantlıq edən cənab Putinə aktiv hücumlara başlayıblar. Rusiya elitası birmənalı şəkildə parçalanacaq. Rusiya Federasiyası mütləq daxili siyasi transformasiyadan keçəcək. Moskva müharibəni uduzur və buna görə də öz siyasi elitasını yeniləmək məcburiyyətində qalacaq.

Mən cənab Putinin təsirinin itməsini gözləyirəm. Bu, artıq baş verir. Rusiya Federasiyasının gündəmini 1-2 aydan sonra bu mövzular əhatə edəcək”, – o bildirib.

İlkin
Globalinfo.az