Putin Trampla danışdı: Rusiya Prezidenti təklif etdi ki…

photo 2025 06 14 20 00 24

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuriy Uşakov bildirib.

Telefon danışığı 50 dəqiqə davam edib.

Tərəflər İsrailin İrana qarşı əməliyyatlarını müzakirə ediblər. Putin İsraillə İran arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

O həmçinin iyunun 22-dən sonra Ukrayna ilə də danışıqları bərpa etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Uşakovun sözlərinə görə, Tramp da İranla nüvə danışıqlarının bərpasını istisna etməyib.

Aysel Əliyeva
Globalinfo.az