Ticarət mərkəzində dəhşətli yanğın: 10-dan çox insan öldü

Pakistanın ən böyük şəhərlərindən biri olan Kəraçidə ticarət mərkəzində baş verən yanğın nəticəsində azı 11 nəfər ölüb, 35 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə  “The Guardian” məlumat yayıb.

Yanğın başlayan zaman ticarət mərkəzində 60-dan çox insan olub. Yanğın altı mərtəbəli binanın dördüncü mərtəbəsində baş verib.

Yanğına səbəb generatorun qısaqapanması olub.