putin 99

Vladimir Putin Rusiya Prezident Administrasiyasının tərkibini təsdiqləyib. 

Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Anton Vayno yenidən Rusiya Prezident Administrasiyasının rəhbəri təyin edilib.

Eyni zamanda Nikolay Patruşev və Aleksey Dyumin prezidentin köməkçiləri təyin olunublar. A.Dyumin Tula vilayətinin qubernatoru vəzifəsindən azad edilərək prezidentin köməkçisi vəzifəsinə gətirilib.

Aleksey Qromov və Sergey Kiriyenko administrasiya rəhbərinin birinci müavini vəzifələrində qalıblar.

O cümlədən, Valeri Fedayev, Anton Kobyakov, Yelena Yampolskaya prezidentin müşavirləri təyin olunublar.

Həmçinin Dmitri Peskov Prezident Administrasiyasının mətbuat katibi vəzifəsinə yenidən təsdiqlənib.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: