Rusiya prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Mixail Boqdanovu tutduğu vəzifədən azad edib.
Globalinfo.az xəbər verir ki, müvafiq fərman rəsmi hüquqi informasiya portalında yerləşdirilib.
“Mixail Leonidoviç Boqdanov Rusiya Federasiyası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilsin. Bu fərman imzalandığı gündən qüvvəyə minir”, – sənədin mətnində deyilir.
Bundan əlavə, Putin Boqdanovu prezidentin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi vəzifəsindən də azad edib.
Tahir Turan
Globalinfo.az