Putin prezidentləri yeni avtomobilində gəzdirdi – VİDEO

Rusiya Prezidenti Vladimir Putin Moskva yaxınlığında Novo-Oreqovo iqamətgahında Özbəkistan və Qazaxıstandan olan həmkarlarını özünün “Aurus Komendant” yolsuzluq avtomobilində gəzdirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Putin iqamətgahında əvvəlcə özbək lider Şövkət Mirziyayevi qarşılayıb, ona öz yeni avtomobilini nümayiş etdirib. Bundan sonra liderlər avtomobilə əyləşiblər. Avtomobili Kreml rəhbəri idarə edib.

İqamətgaha qayıdan prezident Qazaxıstandan olan həmkarı Qasım-Jomart Tokayevi qarşılayıb və ona da avtomobilində dövrə vurmağı təkif edib.

Tokayev təkliflə razılaşıb və Putin yenidən sükan arxasına keçib.

Qeyd edək ki, Qazaxıstan və Özbəkistan liderləri Rusiyadan qaz nəqli ilə bağlı danışıqlar aparmaq üçün Putinin iqamətgahına gəliblər.