Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Banka, Xüsusi Poçt Xidmətinə və nağd pul yığanlara dron hücumlarının qarşısını müstəqil şəkildə almağa icazə verən qanun imzalayıb.
Globalinfo.az xəbər verir ki, sənəd hüquqi aktların rəsmi nəşr portalında mövcuddur.
Yeni qanuna əsasən, bu təşkilatlar müvafiq orqanların tədbir görməsini gözləmədən dron idarəetmə siqnallarını ələ keçirə, zədələyə və ya tamamilə məhv edə biləcəklər.
Rusiya daxilində Mərkəzi Bankın obyektlərinin qorunması prioritet olaraq müəyyən edilib.
Tahir Turan
Globalinfo.az