Putin Köçəryana zəng etdi: Kreml oyuna başlayır?

Ermənistanın ikinci prezidenti Robert Köçəryanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fakt” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Rusiya prezidenti avqustun 31-də şəxsən Köçəryana zəng edib və 70 illik yubileyi münasibətilə ona təbriklərini çatdırıb.

Köçəryanın ofisi telefon danışığı ilə bağlı heç bir açıqlama verməyib.

Qəzetin məlumatına görə, xüsusilə hazırkı gərgin zamanda bu zəng diqqət çəkir. Bu, Rusiyanın Ermənistana diqqəti yenidən artırdığı deməkdir. Bir tərəfdən Rusiya rəsmiləri İrəvana səfər edir, hökumət nümayəndələri ilə görüşür, digər tərəfdən isə Ermənistan müxalifətinin üzvləri ilə əlaqə saxlanılır.

Moskva hazırkı erməni hökuməti ilə əlaqə saxlasa da, ona güvənmir. Lakin İrəvandakı köhnə tərəfdaşlarına inanır. Bu səbəbdən onlarla təmasları artırır.

Ayşən Mustafa
Globalinfo.az