faa4a0b5077299d

“Rusiya Yaxın Şərqdə münaqişənin genişlənməsində maraqlı deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRİKS sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz regionda baş verənlərdən çox narahatıq. Kimin nə deməsindən asılı olmayaraq, Rusiya münaqişənin daha da dərinləşməsində maraqlı deyil. Biz bundan heç nə qazanmayacağıq, ancaq yeni problemlər görəcəyik. İrana yardıma gəlincə, Moskva Tehranla sıx təmasdadır və öz rolunu vəziyyətin həllinə şərait yaratmaqda və kompromislər tapmaqda görür”, – deyə Putin vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: