Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu ikinci oxunuşda qəbul edib.

Globalinfo.az xəbər verir ki, “Xarici agentlər haqqında” qanunun qəbulunun lehinə 83 deputat, əleyhinə isə 23 deputat səs verib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, qanun iki həftədən sonra üçüncü və yekun oxunuşda qəbul ediləcək.

Qeyd edək ki, Gürcüstanda qanunun qəbul edilməsinə qarşı çıxan minlərlə insan aprelin 15-dən etiraz aksiyaları keçirir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: