Rusiya ilə Avropa ölkələri arasında münasibətlərdə gərginliyin artdığı bir dövrdə nüvə təhlükəsi ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Military times” nəşri məlumat yayıb. Bildirilir ki, Rusiya lideri Vladimir Putin rəhbərliyində Kreml mümkün eskalasiya ssenarilərini, o cümlədən nüvə silahından istifadə ehtimalını nəzərdən keçirir.
Qeyd olunur ki, son dövrlərdə hərbi və siyasi ritorikanın sərtləşməsi tərəflər arasında qarşıdurma riskini artırır. Xüsusilə təhlükəsizlik və strateji balans məsələləri fonunda qarşılıqlı ittihamlar daha da intensivləşib.
Analitiklərin fikrincə, belə açıqlamalar daha çox təzyiq və çəkindirmə məqsədi daşısa da, bu kimi bəyanatlar regionda və qlobal səviyyədə narahatlıqları artırıb. Avropa ölkələri isə öz növbəsində təhlükəsizlik tədbirlərini gücləndirir və mümkün risklərə qarşı hazırlıq səviyyəsini artırmağa çalışır.
Tahir Turan
Globalinfo.az