Putin əvvəlcə Azərbaycan və Ermənistan liderləri ilə ayrılıqda danışacaq – Kreml

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin əvvəl Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüş keçirəcək: “Daha sonra isə üçtərəfli danışıqlar keçiriləcək”, – deyə Kremlin sözçüsü vurğulayıb.