
Rusiya prezidenti Vladimir Putin Avropanı ələ keçirməyə cəhd etməyəcək və Avropa İttifaqı sakinləri bunu artıq başa düşməyə başlayır.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.
“Bu məsələdə mən Putinə etibar edirəm. Düşünürəm ki, avropalılar da eyni qənaətə gəlirlər”, – deyə Uitkoff “Fox News”a verdiyi müsahibədə bildirib.
O, əlavə edib ki, hazırda ABŞ administrasiyası Rusiyanın və Kiyev hakimiyyətinin mövqelərini anlamağa çalışır, çünki yalnız hər iki tərəf ilə əlaqə qurmaq və onların nə istədiklərini anlamaqla Ukrayna böhranını həll etmək mümkündür.
“Bununla məşğul oluruq”, – deyə Uitkoff bildirib.
Əvvəlcə, Rusiya Prezidenti Kremlin sözçüsü Dmitri Peskov müsahibəsində bildirib ki, Avropa Ukrayna münaqişəsinin əsas səbəblərini aradan qaldırmaq əvəzinə, hərbi xərcləri artırmaq və Ukraynada öz hərbçilərini yerləşdirmək ideyaları ilə münaqişəyə əsas verəcək səbəbləri daha da artırmağa çalışır.
“CBS News” jurnalisti Cennifer Ceykobs “X” sosial şəbəkəsində yazıb ki, ABŞ-ın texniki heyəti 23 martda Ər-Riyadda Ukrayna nümayəndələri ilə görüş keçirəcək, bu görüş bazar ertəsi Rusiya ilə keçirilməsi planlaşdırılan danışıqlardan bir gün əvvəl olacaq.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov 24 martda Ər-Riyadda Rusiyanın və ABŞ-ın Ukrayna məsələsi üzrə ekspertləri arasında keçiriləcək danışıqlarda iştirak edəcəyini bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə Qriqori Karasin və Sergey Beseda rəhbərlik edəcək.
Aysel Əliyeva
Globalinfo.az