Çin parlamentində yaz sessiyasının bitməsindən sonra ölkə başçısı Si Szinpin Moskvaya rəsmi səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Çindəki səfiri İqor Morqulov deyib.
O, həmçinin Vladimir Putinlə Szinpinin onlayn görüşünün də baş tutacağını söyləyib.
Qeyd edək ki, Çinlə Rusiya arasında Ukrayna müharibəsindən sonra əlaqələr ən yüksək səviyyəyə çatıb. Doğrudur, Pekin Moskvanı Ukrayna məsələsində aktiv şəkildə dəstəkləməsə də, ona qarşı da çıxmayıb. Bununla belə, G-20 sammiti zamanı Pekin artıq Moskvadan narazılıqla bağlı mesajlar verib ki, bu da Qərb ölkələrində pozitiv siqnal olaraq qiymətləndirilib.
İlkin
Globalinfo.az