Putinə hədiyyə olunan 6 maşın qarpız-yemiş uşaq evinə verildi

Tacikistan lideri Emomali Raxmonun oktyabrın 7-də Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammitinə – Putinin ad gününə gətirdiyi ekzotik meyvələr Rusiyanın şimal paytaxtının uşaq evlərinə verilib.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, bu barədə Rusiya prezident administrasiyası məlumat yayıb.

Ötən cümə günü Strelnadakı Konstantinovski sarayının bütün ərazisi meyvələrlə bəzədilmişdi: qovun və qarpızdan piramidalar yığılmışdı.

“Tacikistanın rəhbəri Emomali Raxmon Vladimir Vladimiroviçə qeyri-adi hədiyyə – ölkəsindən gətirdiyi ekzotik meyvələr təqdim etmişdi. Tacik hədiyyələrilə dolu 6 yük maşını Sankt-Peterburqdakı uşaq evlərinə verilib. Bu hədiyyə uşaqlar üçün sürpriz olub”, – deyə prezident administrasiyası bildirib.