İrəvan bələdiyyəsi fərdi sahibkar Janna Musayelyan adlı şəxsin hesabına antiterror əməliyyatlarından sonra 38 milyon 246 min dram pul köçürüb.
Globalinfo.az xəbər verir ki, erməni KİV köçürülmənin İrəvanın yeni meri Tiqran Avinyanın tapşırığı və imzası ilə həyata keçirildiyini yazır.
Köçürülmə haqda sənəddə pulun “Laçın dəhlizinin bağlanması nəticəsində Qarabağa qayıda bilməyən ermənilərə Ermənistanda otel xidmətləri üçün” ödənildiyi qeyd olunur. Maraqlısı budur ki, məbləğin oktyabr ayından noyabrın 10-na kimi J.Musayelyana bildirilib.
Erməni mediası məsələni “İrəvan meri hələ də “Laçın dəhlizinin bağlanması”nda qalıb. Deyəsən, onun Qarabağdakı əməliyyatlar və oradakı ermənilərin 99 faizinin köçündən xəbəri yoxdur” şərhi ilə yayımlayıb.
İrəvan meri Tiqran Avinyan məsələyə münasibət bildirməyib.
Ayşən Mustafa
Globalinfo.az