Professor Andranik Miqranyanın Ermənistana girişi qadağan edildi

Rusiyalı politoloq, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Andranik Miqranyanın adı Ermənistana girişi qadağan edilən şəxslərin siyahısına daxil edilib.

Globalinfo.az bildirir ki, Oxu.az-ın xəbərinə görə, bu barədə Ermənistanın “Telegram” kanalları A.Miqranyana istinadən məlumat yayıb.

Professorun sözlərinə görə, o, Ermənistana giriş qadağası barədə 2022-ci ilin yayında xəbər tutub.

Əlavə edək ki, bir müddət əvvəl rusiyalı jurnalist Marqarita Simonyanın və Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin də Ermənistana girişinə qadağa qoyulmuşdu.