
“Bu görüş hamımız üçün zəruri bir prosesin ilk addımıdır”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri Andranik Köçəryan Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin sərhəddə baş tutan görüşünə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycan tərəfi bu görüş üçün hələ ötən il təkliflə çıxış edib.
“Azərbaycanın da Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşları var və biz bu problemlərimizi birləşdirməliyik. İtkin və əsir düşənlərlə bağlı məsələnin həllində bir nöqtəyə varmalıyıq. Amma biz, təbii ki, son proseslərdən başlamalıyıq və bütün məsələləri həll etməli, müharibələr zamanı toplanan düşmənçiliyi yumşaltmalıyıq.
Biz problemlərin birgə həllini tapacağıq, çünki hər iki tərəfin bununla bağlı masaya qoya biləcəyi sənədlər toplusu və təklifləri var”, – deyə Köçəryan qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az