Priqojinin təyyarəsi niyə partladı: vuruldu, yoxsa?.. – Ekspert

“Vaqner” rəhbəri Yevgeni Priqojinə məxsus “Embrarer” təyyarəsinin raketlə vurulmadığı, təmir zamanı içinə partlayıcı yerləşdirildiyi bildirilir.

Globalinfo.az-a danışan Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi Şəfayət Avılbəyli deyib ki, təyyarənin vurulması ilə bağlı ortada konkret hansısa versiya yoxdur:

“Hadisədən bir neçə gün əvvəl təmirdə olması xəbəri də hələ özünü doğrultmayıb. Yəqin, yaxın günlərdə geniş məlumat verilər. Amma təmir zamanı təyyarəyə hər hansı avadanlığın yerləşdirilməsi mümkündür”.

Ş.Avılbəyli təyyarənin “qara qutu”sunun açılmasının təxminən bir ay çəkəcəyini bildirib:

“Məncə, ictimaiyyətə “qara qutu” ilə bağlı məlumat verilməyəcək. Əgər təyyarə kiminsə istəyi ilə partladılıbsa, deməli, burada hər hansı “qara qutu”dan söhbət gedə bilməz. Yəni məlumatlar gizli saxlanılacaq”.

Zaira Akifqızı
Globalinfo.az