Yeni versiya: Priqojinin təyyarəsi vurulmayıb

Partlayıcı qurğu Priqojinin təyyarəsinin şassisinə yerləşdirilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, partlayış məhz şassi bölməsində təyyarə havada olarkən baş verib. Nəticədə qanad qoparaq stablizatora dəyib və təyyarə hündürlüyə qalxaraq yenidən aşağı düşməyə başlayıb.

“Partlayışın təsirindən təyyarənin içində olanlar huşlarını itiriblər, buna görə də pilotlar baş verənlər barədə aşağıya məlumat ötürə bilməyib. Amma bütün hallarda qanadsız və stablizatorsuz təyyarəni xilas etmək mümkün olmayacaqdı. Məhz havadakı partlayışdan sonra təyyarənin quyruq hissəsi füzelyajdan 5 kilometr aralıya düşüb”, – mənbə bildirib.